“İrana müharibə elan etmək üçün Konqress müstəsna səlahiyyətə malikdir. İsrail və İran arasında davam edən müharibə bizim müharibəmiz deyil. Hətta olsa belə, bu cür məsələlərə Konstitusiyamıza uyğun qərarı Konqress verməlidir”, - respublikaçı Messi, öz növbəsində, xatırladıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə İranla danışıqlara yüksək vəzifəli şəxsləri göndərmək planlarından vaz keçdiyi və “qırğı” mövqeyə meylləndiyi bildirilirdi. Vaşinqton ABŞ hazırda İran-İsrail münaqişəsinə qoşulmaq imkanını nəzərdən keçirir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


